Modern.az

Ukraynadan acı xəbər: Soydaşlarımız qətlə yetirildi

Ukraynadan acı xəbər: Soydaşlarımız qətlə yetirildi

Diaspor

Bu gün, 10:41

Ukraynanın Nikolayev şəhərində 2 azərbaycanlının ölümü, ilə nəticələnən atışma baş verib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Nikolayev vilayəti polisinin verdiyi məlumata görə, insident iyunun 30-u, Qəhrəman Ukrayna prospektində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, hərəkətdə olan "Opel" markalı avtomobildən bir neçə atəş səsi eşidilib, bundan sonra nəqliyyat vasitəsi nizamlanan yolayrıcına çıxıb. İlkin məlumatlara görə, avtomobildə 2 Azərbaycan və 1 Qırğızıstan vətəndaşı olub.

Atışma nəticəsində iki həmvətənimiz hadisə yerindəcə dünyasını dəyişib. Hadisənin yaralanan üçüncü iştirakçısı isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildən cinayət aləti olan silah müsadirə edilib.

Polis əməkdaşları hadisə yerinin mühafizəsini təmin edərək ilkin istintaq hərəkətlərini həyata keçiriblər. Əraziyə polis müstəntiqləri, kriminalistlər və operativ qrup cəlb olunub. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır və hadisəyə hüquqi qiymət verilməsi məsələsinə baxılır.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada