Modern.az

Azərbaycan diasporunun sədri vətəndaşlıqdan çıxarıldı

Azərbaycan diasporunun sədri vətəndaşlıqdan çıxarıldı

Diaspor

9 İyul 2026, 15:09

Samara vilayətində fəaliyyət göstərən “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının rəhbəri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qərarın səbəbi hələlik açıqlanmayıb.

Bildirilir ki, son dövrlər hüquq-mühafizə orqanları Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət ayırır. Onların etnik mütəşəkkil cinayətkar qruplarla mümkün əlaqələri araşdırılır.

Xatırladaq ki, ötən il Ulyanovsk şəhərində Azərbaycan diasporunun lideri İslam Hüseynov da Rusiya vətəndaşlığından məhrum edilmişdi.

Hazırda Şirvan Kərimov Samara Vilayətinin İctimai Palatasının üzvü və “Pravovoy Sovetnik” Samara Vəkillər Kollegiyasının vəkili kimi fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR