Modern.az

Putin Roqozinə töhmət verdi

Putin Roqozinə töhmət verdi

Dünya

28 Aprel 2016, 11:50

Rusiya pörezidenti Vladimir Putin baş nazirin müavini Dmitri Roqozinə töhmət, “Roskosmos”un rəhbəri İqor Komaro və Avtomatik Elmi İstehsalat Birliyinin rəhbəri Leonid Şalimova şiddətli töhmət elan edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu addımın səbəbi ötən gün Amur vilayətində yeni açılan “Vostoçnıy” kosmodromundan ilk raketin havaya buraxılması zamanı baş verən texniki nasazlıq olub.  

Putinin də seyr etdiyi ilk raket startı kabellərdən birində aşkar edilən nöqsana görə 6 saatdan çox təxirə salınmışdı.  

“Soyuz 2.1” raketinin orbitə çıxarılması yalınz bu gün səhər uğurla baş tutub.  

Vüqar İsmayılov    

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü