Modern.az

Qapıçı seks qalmaqalına görə çempionatdan uzaqlaşdırıldı

Qapıçı seks qalmaqalına görə çempionatdan uzaqlaşdırıldı

Dünya

10 İyun 2016, 20:34

 

İspaniya millisinin qapışısı David De Xeanı bu ölkənin mətbuatında yayılan seks qalmaqalı şayiələrinə görə Fransadan Mançesterə evə göndəriblər. Modern.az xarici mediaya istinadən bildirir ki, “Mançester Yunayted”in qapıçısı bu gün Fransada başlayacaq Avropa çempionatında oynamayacaq.

İspaniyanın əsas heyətində onu “Portu”da çıxış edən İker Kasilyasın əvəzləyəcəyi bildirilir. İyunun 10-dan əvvəl “El Dario” nəşri xəbər verib ki, De Xea 2012-ci ildə İspaniyanın gənclər komandasındakı tərəfdaşı ilə naməlum qızı sekslə məşğul olmağa məcbur edib. Nəşrin digər məlumatında isə qapıçnın həmin qızla cinsi əlaqədə olmadığı qeyd edilir.

De Xea 2011-ci ildən İngiltərənin “Mançester Yunayted” klubunda oynayır. Bu gün Fransada start götürəcək Avropa çempionatının oyunları iyulun 10-dək bu ölkənin 10 şəhərində keçiriləcək. İspaniya millisi qrup mərhələsində Çexiya (iyunun 13-də), Türkiyə (iyunun 17-də) və Xorvatiya (iyunun 21-də) oynayacaq.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var