Modern.az

Umud Mirzəyev səfirlə nələri müzakirə etdi?

Umud Mirzəyev səfirlə nələri müzakirə etdi?

Aktual

14 İyun 2016, 17:08

Tailandın Azərbaycanda akkreditə olunmuş Türkiyədəki səfiri Sarit Çarungvat Bakıda keçirdiyi görüşlər çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub.

 

BAMF-ın sədri Umud Mirzəyevlə baş tutan görüşdə Azərbaycanla Tailand arasında əlaqələrin hazırki səviyyəsi, ticari-iqtisadi və turizm əlaqələrinin inkişafı məsələləri, o cümlədən  beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı səfərlərlə bağlı məsələlər müzakirə edilib.

 

Səfir Sarit Çarungvat Azərbaycanda 3 dəfə olduğunu və cari səfərinin həm də Bakıda keçiriləcək “Formula 1” yarışlarını izləməklə əlaqədar olduğunu vurğulayıb. 

 

Diplomat bildirib ki, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan Cənubi Qafqazda Taylandın vacib tərəfdaşıdır.

 

O, eyni zamanda deyib ki, Taylandlılar Azərbaycana Avropaya bir qapı kimi baxır, ona görə də gələcəkdə mütləq Azərbaycanda diplomatik nümayəndəliyin açılmasını nəzərdə tuturlar.

 

Qeyd edək ki, hazırda Taylandın Azərbaycandakı səfirliyinin iqamətgahı Ankarada yerləşir.

 

Görüşdə BAMF-ın sədri Umud Mirzəyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, münaqişənin ağır nəticələri və bu münaqişənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Vətəndaş Cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə səfirə məlumat verib.

 

Umud Mirzəyev vurğulayıb ki, problemin həlli istiqamətində fəaliyyət göstərməli olan beynəlxalq təşkilatların hələ də ikili standartlarla çıxış etdiklərini vurğulayan  Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Azərbaycanın vətəndaş cəmiyyəti adından çıxış edərək deyib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sadə azərbaycanlıların gözündə öz etibarını itirib.

 

Son illər müşahidə olunan ikili standartlar siyasətinə görə Azərbaycan cəmiyyətində və mediasında bu qurumlara qarşı etimadsızlıq yaranıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü