Modern.az

Rayonlarda “Sağlam və vətənpərvər gənclik naminə!” tədbirləri keçirilib

Rayonlarda “Sağlam və vətənpərvər gənclik naminə!” tədbirləri keçirilib

Aktual

16 İyun 2016, 10:24

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Göyçay, Ağdaş və Ucar Rayon komissiyalarının köməyi ilə Göyçay rayonundakı Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə və Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbdə, Ağdaş rayonundakı M.İsayev adına şəhər orta məktəbində və M.Seyidzadə adına Təbiət, Texniki və Humanitar Təmayüllü Gimnaziyada, Ucar rayonundakı 3 və 5 nömrəli tam orta məktəblərdə “Sağlam və vətənpərvər gənclik naminə!”adlı tədbirlər keçirilib.


Tədbirlərdə Gənclər Fondunun nümayəndəsi Bənövşə Qasımova, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri Şahin Hüseynov, Xaliq İbrahimsoy, Yalçın Şükürov, Mirsəmid Abasov, Ruslan Əliyev, Qubad Ağayev, Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri Yusif Xəlilov, Azad Əhmədov, Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Cəfər Cəfərov, Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Vüsal Abbasov, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Səfayə Seyidova, Rayon Polis Şöbəsinin nümayəndəsi Samir Xəlilov, məktəb direktorları İlqar Rüstömov, Söhrab Mürsəlov, Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qabil Həsənov, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Gülöşə İbrahimzadə, Gənclər və İdman İdarəsinin nümayəndəsi Taleh Abdurrahmanov, məktəb direktorları Şəhla Hacıbalayeva, Ədilxan Ədilov, Ucar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şükür Məmmədov, Rayon Polis Şöbəsinin nümayəndələri Elnur Mayılov, Xəqani Vahidov, Gənclər və İdman İdarəsinin nümayəndəsi Mirmehdi Heydərov, Mərkəsi Rayon Xəstəxanasının nümayəndəsi Aydın Hüseynov, Rayon Təhsil Şöbəsinin nümayəndəsi İlham Babayev, direktorlar Hakim Nəcəfov, Vüqar Məlikov, çoxsaylı müəllimər və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının mübafiq bəndlərinin yerlərdə icra vəziyyəti barədə danışaraq, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində ölkəmizin qanunnvericilik bazasının tamamilə yenilənməsini, bu bəlanın siyasi, iqtisadi, coğrafi, sosial, hüquqi sahələrlə yanaşı, heç bir istisna olmadan bizim hamımıza öz mənfi təsirini göstərdiyini, bu ümumbəşəri problemin həllinə hər bir kəsin töhvə verməli olduğunu, narkotiklərlə mübarizənin hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizə olmasını, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılmasını, əyani vəsaitlərin paylanılmasının zəruriliyini vurğulayıblar. 


Sonda Gənclər Fondunun maliyyə dəstəyi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılıb, rəsmi hissədən sonra çay süfrəsi arxasında mövzu üzrə müzakirələr davam etdirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü