Modern.az

Məhkəmə Rza Zərrabı həbsdə saxladı

Məhkəmə Rza Zərrabı həbsdə saxladı

Aktual

16 İyun 2016, 23:46

Nyu-Yorkun cənub bölgəsi prokuroru Pret Bharara Rza Zərrabın girov müqavilində azadlığa çıxmaq haqqında müraciətinin rədd edildiyini bildirib. Modern.az xəbər verir ki, anspress-in məlumatına görə, Zərrab vəkili Benjamin Brafman vasitəsi ilə məhkəməyə azadlığa çıxmaq müqabilində 10 milyon dolları nəğd olmaqla 50 milyon dollar girov təklif edib.

Girov qarşılığında Brafman müvəkkilinin Nyu-York ərazisində 24 saat silahlı təhlükəsizlik əməkdaşlarının nəzarətində olan bir evdə, GPS ilə təqib olunaraq qalmasını tələb edib.

Vəkil Bharara məhkəmənin bu tələbi rədd etdiyini öz şəxsi Tvitter hesabında açıqlayıb.

"Prokuror Rza Zərrabın girov təklifini rədd etdi. Məhkəmə davam edəcək",- deyə vəkil açıqlama verib.

Qeyd edək ki, İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-ın Florida ştatının Mayami şəhərində martın 19-da həbs olunub. Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur.

Rza Zərrabın Mayamidəki villasında Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən həbs olunduğu bildirilirdi. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb. Nyu-York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən, 33 yaşlı Zərrab iki İran vətəndaşı - Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü