Modern.az

Hesablama Palatası nazirlik və qoruğu yoxladı

Hesablama Palatası nazirlik və qoruğu yoxladı

Aktual

17 İyun 2016, 13:05

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Paltanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Hesabatlar aşağıdakı məsələləri əhatə edib:

 

Dövlət büdcəsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan  qurumlara (seçmə üsulla) ayrılan vəsaitlərin istifadəsinə dair;

dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və onun strukturuna daxil olan qurumlara ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;

dair dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Sabunçu rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair.

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

 

Kollegiyada  Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram  təsdiq edilib.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü