Modern.az

Ağdaşda seçici fəallığı 40,1% təşkil edir

Ağdaşda seçici fəallığı 40,1% təşkil edir

Aktual

18 İyun 2016, 15:30

90 saylı Ağdaş seçki dairəsi seçkilər davam edir.

Modern.az-ın xəbərinə görə, 90 saylı Ağdaş seçki dairəsi Milli Məclisə təkrar seçkilərdə saat 15:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan indiyədək həmin dairə üzrə 40 203 seçicidən 16114 nəfər səs verib.

Seçici fəallığı 40,1% təşkil edib.

O, bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü