Modern.az

Ağdaşdakı seçkidən AÇIQLAMA: 19532 vətəndaş səs verib

Ağdaşdakı seçkidən AÇIQLAMA: 19532 vətəndaş səs verib

Aktual

18 İyun 2016, 17:28

Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər haqda yeni məlumat yayıb.

Modern.az
-ın xəbərinə görə, saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov açıqlayıb. Bildirib ki, səsverməyə start verilən andan indiyədək həmin dairə üzrə 40 203 seçicidən 19 532 nəfər (48,6%) səsvermədə iştirak edib.

O, bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb.

Xatırladaq ki, seçkilərdə 7 deputatlığa namizəd mübarizə aparır. Əsas mübarizə YAP-ın nümayəndəsi Cavid Osmanovla Ümid Partiyasının sədri İqbal Ağazadə arasında gedir.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü