Modern.az

Sığorta ombudsmanı yaradıla bilər - RƏSMİ

Sığorta ombudsmanı yaradıla bilər - RƏSMİ

Aktual

23 İyun 2016, 12:09

“Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi istiqamətində iş aparılır” .

 

Modern.az saytı xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası Strateji xidmətlər Departamentinin müdiri Asim Zülfüqarov bildirib.

 

S.Zülfüqarov qeyd edib ki, Patala tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş standartlara keçmək üzərində işlər görülür:

 

“Qarşıda görəcəyimiz işlərə insanların sığorta məhsullarına əlçatanlığının artırılması da var. Bu məqsədlə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində sığorta ombudsmanının yaradılması məqsədəuyğundur”.

O bildirib ki, kənd təsərrüfatının stimullaşdırılması əsas strateji hədəflərdən hesab edilir: “Yerli sığorta bazarı iştirakçılarının regional səviyyəyə keçməsi arzulayırıq”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü