Modern.az

Bakıda fəhlə maşının altında qaldı

Bakıda fəhlə maşının altında qaldı

Aktual

23 İyun 2016, 12:24

Fəhlə avtomobilin altında qalaraq ölüb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

Hadisənin iyunun 22-də baş verdiyi qeyd edilib. Məlumata görə, Qaradağ rayonundakı Səngəçal neft terminalının ərazisində Neftçala rayon sakini Nahid Quliyev idarə etdiyi “QAZ-53” markalı avtomobili arxaya verərmək istəyib.

Bu vaxt maşın su hövzəsinə düşüb. Orada fəhlə işləyən Qazax rayon sakini Şadman Kazımov avtomobilin altında qalaraq ölüb.

Araşdırma aparılır.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü