Modern.az

122 futbolçu İngiltərə klublarından gedə bilər

122 futbolçu İngiltərə klublarından gedə bilər

Aktual

24 İyun 2016, 11:48

Böyük Britaniyann referendumda Avropa İttifaqını tərk etməsi ilə bağlı qərarı İngiltərə Premyer-liqasında oynayan futbolçulara da ciddi mənfi təsir göstərə bilər. Modern.az bildirir ki, BBC-nin məlumatına görə, 122 futbolçunun İngiltərədə işləmək icazəsindən məhrum edilməsi gözləniləndir.

FİFA-nın qaydalarına görə, oyunçu əgər onun ölkəsi Avropa İttifaqının üzvü deyilsə, Böyük Britaniyada çıxış etməkdən ötrü son 24 ay müddətində öz millisinin oyunlarının 30 faizində iştirak etməlidir. FİFAnın reytinqində 11-20-ci yerləri tutan ölkələr üçün bu hədd 45 faizə qədər çatır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü