Modern.az

Rusiya ən böyük gəmisini Aralıq dənizinə göndərir

Rusiya ən böyük gəmisini Aralıq dənizinə göndərir

Dünya

5 İyul 2016, 14:37

Rusiya ən böyük hərbi gəmisi olan Admiral Kuznetsovu payızda Aralıq Dənizinin şərqinə göndərəcəyini bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan hərbi mənbədən verilən məlumata görə, Admiral Kuznetsov hərbi gəmisinin İŞİD-i bombardman edib geri qayıtmaları üçün Suriya sahillərinə yaxın nöqtəyə yerləşdiriləcək.

 

 Qaynağın verdiyi məlumata görə, əməliyyat zamanı gəmidə Su-33 və Miq-29 təyyarələri də daxil olmaqla 15 döyüş təyyarəsi və 10 dan çox vertolyot iştirak edəcək.

 

 Təyyarə gəmisindəki hərbçilərin Latakiya yaxınlığındakı Hmeymim hava bazasındakı rus hərbçilərlə koordinasiyalı əməliyyatlar aparacağı Admiral Kuznetsov hərbi gəmisinin yanvarın sonuna qədər Suriya sahillərində qalacağını bildirib.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü