Modern.az

Azərbaycanda növbəti uşaq ölümü baş verib

Azərbaycanda növbəti uşaq ölümü baş verib

Aktual

5 İyul 2016, 14:49

ənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) uşaq ölümü baş verib. 

"Report"un məlumatına görə, rayonun Ləj kənd sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 5 radələrində ağır vəziyyətdə xəstəxananın Uşaq xəstəlikləri şöbəsinə gətirilib. Ancaq körpə xəstəxanada dünyasını dəyişib. 

Məsələ ilə bağlı körpənin valideynləri Daxili İşlər Nazirliyinin (DİN) "102 xidməti"nə şikayət ediblər. 

Lənkəran RMX-nin Uşaq xəstəlikləri şöbəsinin həkimi Südabə Əliyeva "Report"a bildirib ki, xəstəyə bütün yardımlar göstərilib və görülən tədbirlər xəstəlik tarixçəsində öz əksini tapıb: "Xəstə kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmaniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində olub. Bütün səylərə baxmayaraq, xəstə səhər saat 8-də dünyasını dəyişib. Süni nəfəs aparatından ayrılıb. Bir sözlə, körpə ağır vəziyyətdə olmasına baxmayaraq, valideynləri onu həkimə çox gec gətiriblər".

Körpənin meyiti Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır