2026-cı il dünya çempionatında D qrupunda mübarizə davam edir.
Modern.az xəbər verir ki, qrupun ikinci matçında Türkiyə yığması Avstraliya ilə qarşılaşıb.
Oyunda hesabı 27-ci dəqiqədə Avstraliya açıb. Əks hücum zamanı Nestori İrankunda müdafiəçilərdən ustalıqla sıyrılaraq topu Uğurcan Çakırın qoruduğu qapıdan keçirib.
İlk hissədə başqa qol vurulmayıb.
İkinci hissədə Avstraliya əks hücum zamanı növbəti dəfə fərqlənib. Metklaff dəqiq zərbə ilə hesab arasındakı fərqi 2-yə çatdırıb.
Matç bu hesabla da başa çatıb: 2:0.
***
09:27
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında avstraliyalılar ilk qolu vurublar.
27-ci dəqiqədə Nestori İrankunda fərqlənib.
***
08:06
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyunu start götürüb.
Modern.az xəbər verir ki, D qrupunun matçı "BC Place Vancouver" stadionunda keçirilir.
Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edir.