Modern.az

Pakistan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı

Pakistan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı

Dünya

Bu gün, 12:27

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, ötən gecə baş tutan danışıq zamanı tərəflər regionda dəyişən vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər ABŞ və İran arasında qarşılıqlı anlaşma istiqamətində əldə olunan müsbət irəliləyişləri məmnuniyyətlə qarşıladıqlarını bildiriblər.

Hər iki ölkənin rəsmisi bu müsbət dinamikanın regionda davamlı sülh və sabitliyin təmin olunmasına zəmin yaradacağına ümidvar olduqlarını ifadə ediblər.

Sonda tərəflər regional proseslərlə bağlı gələcəkdə də sıx təmasda qalmaq barədə razılığa gəliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ