Modern.az

Özəl reabilitasiya mərkəzində müəmmalı ölüm 

Özəl reabilitasiya mərkəzində müəmmalı ölüm 

Aktual

13 İyun 2026, 15:34

Paytaxtın Binəqədi rayonunda yerləşən özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.

Modern.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyunun 12-si saat 09 radələrində Görədil qəsəbəsi ərazisində yerləşən “Reself Lite” reabilitasiya mərkəzində baş verib.

Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə. Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğuna araşdırmalara başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu