Modern.az

Soyadını dəyişib Stalin qoydu

Soyadını dəyişib Stalin qoydu

5 İyul 2016, 17:32

Rusiya Kommunist Partiyası Samara şəhər komitəsinin katibi Dəmir soyadını (əvvəlki Biktahirov idi) dəyişib Stalin qoyub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, soyadını bir neçə il əvvəl dəyişmək haqda fikirləşdiyini deyib.

“Stalin soyadını iki il əvvəl götürməyə qərar vermişəm. O vaxtdan düşünməyə başlamışdım. Niyə Stalin? Çünki bu insan üçün bərabər lazımdır”, - Dəmir deyib.

Onun fikrincə, sovet vaxtı adamlar başqa idellarla tərbiyə olunublar və o, həmin idealları qaytarmaq niyyətindədir: “Ədalət var idi, laqeydlik yox idi. İndi bütün baş verənlər ilə mübarizə aparmaq lazımdır”.

Soyadının dəyişməsi üçün ona bir neçə ay lazım olub. Uzun müddətdir gözlədiyi pasportunu iyunun 17-də alıb. Onun sözlərinə görə, doğmaları soyadını dəyişib  “Stalin” qoymasını sakit qarşılayıblar. Dəmirin sözlərinə görə, işdə də ona bu addımına görə haqq qazandırıblar, həmkarları daha çox hörmət edirlər.

Stalin ürəkdən inanır ki, yeni soyadı ona şəhərdə “qayda-qanun yaratmağa” kömək edəcək və samaralıların nizam-intizamı yüksələcək. O, yeni soyadı ilə ömrünün axırına kimi yaşamaq niyyətindədir.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü