Modern.az

Metronun “Gənclik” stansiyasının 5 çıxışı olacaq

Metronun “Gənclik” stansiyasının 5 çıxışı olacaq

Təhsil

25 Yanvar 2011, 11:49

Metronun “Gənclik” stansiyasının çıxışındakı dairədə yeni yol ötürücülərin tikilməsi ilə bağlı aparılan kommunikasiyaların dəyişdirilməsi işləri başa çatıb. Bu barədə “Azəryolservis” ASC-dən məlumat verilib. Məlumatda bildirilib ki, nəqliyyat sıxlığı baxımından Bakının qaynar nöqtələrindən biri sayılan “Gənclik” qovşağında aparılan işlərin hədəfi tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejimini təmin etməkdi.

“Gənclik” stansiyası yaxınlığında 6 tunel tikiləcək: Atatürk və Vaqif prospektlərini birləşdirəcək, həmçinin Fətəli xan Xoyski prospektini dairə ilə maneəsiz qovuşduracaq, Əhməd bəy Ağaoğlu küçəsi istiqamətində gedən avtomobillərin Təbriz prospektinə birbaşa çıxışını təmin edəcək və Həsən Əliyev - Atatürk prospektlərinin kəsişməsində hərəkəti işıqforsuz nizamlayacaq tunellər. Həmçinin ərazidə 2 yeraltı piyada keçidi inşa olunur. Əlaqədar yolların genişləndirilməsi və 3 mərtəbəli yeraltı dayanacağın tikintisi də nəzərdə tutulur. Piyadaların hərəkət konstruksiyasına uyğun olaraq “Gənclik” stansiyasının Atatürk prospektinə baxan girişinin “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib. “Gənclik”in 4 çıxışından əlavə Tofiq Bəhramov adına stadion istiqamətində yeni çıxış açılacaq.

“Gənclik” dairəsində inşa olunacaq 6 tuneldən birinin payızda açılışı olacaq.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü