Modern.az

Yevlaxda “Chevrolet” aşdı, qadın öldü...

Yevlaxda “Chevrolet” aşdı, qadın öldü...

Aktual

6 Avqust 2016, 09:26

Ötən gecə ölümlə nəticələnən daha bir ağır yol qəzası baş verib. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax rayonu, Salahlı kəndində “Chevrolet” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Aran Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin 1966-cı il təvəllüdlü Quliyeva Sevda Yunis qızının cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:20-də başa çatıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü