Modern.az

Putin-Əliyev-Ruhani görüşünün iqtisadi NƏTİCƏLƏRİ...

Putin-Əliyev-Ruhani görüşünün iqtisadi NƏTİCƏLƏRİ...

Aktual

9 Avqust 2016, 12:55

Avqustun 8-də Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli zirvə görüşü keçirildi.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına Azərbaycan, Rusiya və İran  dövlət başçılarının üçtərəfli  görüşündən nə kimi iqtisadi nəticələr gözlənildiyi barədə danışıb.

 

“Bu, çox əhəmiyyətli səfər idi. Beynəlxalq mətbuatda da diqqətlə izlənilirdi. Xüsusilə də üçtərəfli görüşdə müzakirə olunan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin çəkilməsi və yekunlaşdırılması ilə bağlı məsələlər çox böyük əhəmiyyət kəsb edirdi.

 

Azərbaycan və İran Astarası arasındakı dəmiryolunun tikintisi bu il başa çatdırılmalıdır. Həmçinin bildiyimiz kimi Bakı-Qars dəmiryolu xəttinin çəkilişi də davam edir və gələn il istifadəyə verilməsi nəzərdə tutulur”.

 

Deputat bildirib ki, bu  çox böyük əhəmiyyət kəsb edən layihədir.

 

“Tutumu əvvəllər 5 milyon ton sonra isə iki dəfə artırılaraq 10 milyon tona çatdırılmalıdır. Bununla yanaşı digər  iqtisadi məsələlər də yəqin ki Azərbaycan, Rusiya və İran dövlətləri  arasında müzakirə olunub. Qonşu dövlətlər arasında nə qədər iqtisadi əlaqələr və artım çox olarsa bütün tərəflərə xeyir gətirər”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü