Modern.az

"Taliban"ın 53 terrorçusu məhv edildi

"Taliban"ın 53 terrorçusu məhv edildi

Aktual

16 Avqust 2016, 15:17

Əfqanıstan silahlı qüvvələri "Taliban" terrorçularının hücumunun qarşısını alıb. 

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Balamurqab əyalətinin başçısı Əhməd Ziya Akazay deyib.

O bildirib ki, taliblərə qarşı xüsusi əməliyyatda 53 terrorçu məhv  edilib, 50-dən çoxu yaralanıb.

Öldürülənlər arasında həmçinin taliblərin komandirlərindən biri olan Kari Ahsanulla da var. 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü