Moskvanın şimal-şərqind yerləşən mətbəənin anbarında baş vermiş yanğında ölənlərin hamısı Qırğızıstan vətəndaşlarıdır.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi İlya Denisov deyib.
Onun sözlərinə görə, Qırğızıstan vətəndaşları anbarda qeyri-leqal işləyiblər.
Denisov deyib ki, yanğında 17 nəfər ölüb, 3 nəfər xəsarət alıb. O, hadisə ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsilə cinayət işi açıldığını bildirib.
Yanğının nasaz vəziyyətdə işlədilən çıraqdan törəndiyi bildirilir.
Modern.az