Modern.az

Qadın kürəkənini bıçaqlayıb

Qadın kürəkənini bıçaqlayıb

Aktual

4 Sentyabr 2016, 00:34

Bərdə rayonunun Piyadalar kəndində bıçaqlanma hadisəsi baş verib. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, Bayramov Mahir Salman oğlu bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, hadisəni Mahirin baldızı törədib. Bıçaqlanma ailə münaqişəsi zəminində baş verib. Həkimlər yaralının vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü