Modern.az

Füzulidən ali məktəblərə qəbul olunanların sayı artıb

Füzulidən ali məktəblərə qəbul olunanların sayı artıb

5 Sentyabr 2016, 09:01

Horadiz şəhərində Telnar şadlıq sarayında Füzuli rayonundan ali məktəblərə, hərbi məktəb və orta ixtisas məktəblərinə qəbul olunmuş tələbələrlə görüşü keçirilib. Görüşdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı  Alı Alıyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar və tələbə adını qazanmış şagirdlərin valideynləri iştirak edib.


Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev abidəsini ziyarət ediblər.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsinə yerləşəşən Füzuli rayonundan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır.

Rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova çıxış edərək rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə ətraflı məlumat verib. Ramella Məmmədova bildirib ki, bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1100 məzundan 540 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib. Məzunlardan 316-si respublikanın müxtəlif ali məktəblərinə, 130-u isə orta ixtisas məktəblərinə qəbul olunublar.

Tələbə adını qazanan gənclərdən 29 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən çox bal toplayıb. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni 47,48, 1,

5 nömrəli, Qayıdış qəsəbə 7 nömrəli, Əhmədbəyli kənd tam orta məktəblərinin məzunları göstəriblər.


Tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.  

Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanan gənclərə elmə, biliyə daha dərindən yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi yetişməyi, harada olmalarından aslı olmayaraq Respublikamızın adını həmişə uca tutmağı tövsiyyə edib.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.



Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü