Modern.az

Sabah Abşeron və Sabunçu rayonlarında su fasilələrlə veriləcək

Sabah Abşeron və Sabunçu rayonlarında su fasilələrlə veriləcək

Aktual

5 Sentyabr 2016, 17:23

Bilgəh-Novxanı-Sumayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir.

 

Bununla əlaqədar 06 sentyabr  2016-cı il tarixində  gün ərzində Abşeron rayonunun Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin Bakının Sabunçu rayonunun  Ramana, və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaqdır.

 

Müvəqqəti narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü