Modern.az

 Metropoliten 15 sentyabrdan intensiv iş rejiminə keçəcək

 Metropoliten 15 sentyabrdan intensiv iş rejiminə keçəcək

Hadisə

9 Sentyabr 2016, 12:04

Sentyabr ayının 15-dən etibarən "Bakı Metropoliteni" QSC qatarların yeni hərəkət qrafikinin tətbiqinə başlayacaq.

 

Bu haqda Modern.az-a məlumat verən «Bakı Metropoliteni» QSC-nın mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, ənənə üzrə, qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək:


“«Bakı Metropoliteni» QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 15-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiriləcək, hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək.


Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, «Həzi Aslanov» stansiyasından «28 May» stansiyası daxil olmaqla hər iki istiqamətdə interval gur saatlarda 2 dəqiqəyə endiriləcək.

 

Gur hərəkət səhər saat 7ºº-dan 10ºº-a, axşam isə 17ºº-dan 20ºº-a qədərdir. Bu məqsədlə, gur saatlarda xətlərin «28 May-Dərnəgül» və «28 May-İçərişəhər» sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq. 

 

Sərnişinlərin nəzərinə çatdırırıq ki, «Həzi Aslanov-28 May» sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur”.

 

O bildirib ki, şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur:


“Yeni qrafik 2017-ci ilin yayına qədər tətbiq ediləcək”.


Məlumat üçün bildiririk ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş yay qrafiki tətbiq olunur.

 

 

Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı