Modern.az

Xaçmazda qadın yanaraq öldü

Xaçmazda qadın yanaraq öldü

Aktual

10 Sentyabr 2016, 09:37

Xaçmazda beş otaqlı ev yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Yataqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 105 m2 sahədə, 2-ci mərtəbəsində iki otağının yanar konstruksiyaları və ev əşyaları 52 m2 sahədə yanıb.

 

Yanğının kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı