Modern.az

Natiq Cəfərliyə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib

Natiq Cəfərliyə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib

Aktual

10 Sentyabr 2016, 12:45

REAL hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

 

Bu haqda Modern.az-a məlumat verən vəkil Cavad Cavadov deyib ki, Prokurorluq müstəntiqin həbs-qətimkan tədbirinin ləğv olunması barədə vəsatəti əsasında məhkəməyə müraciət edib:

 

“Cinayət Prosessual Məcəlləsinə əsasən, maddələr dəyişməsə də, həbs-qətimkan tədbirinin vaxtından əvvəl ləğv edilməsi barədə səlahiyyəti var. Məhkəmə baxdı və təqdimatı təmin edərək həbs-qətimkan tədbirini ləğv etdi.

 

Sentyabrın 9-da axşam saatlarında Natiq Cəfərli Bakı İstintaq Təcridxanasından azadlığa buraxıldı”.

 

Hüquqşünas bildirib ki, N.Cəfərli barədə yeni qərar qəbul edilib:

“Bu gün biz Prokurorluqda olduq. Natiq Cəfərli barəsində başqa yerə getməmək iltizam tədbiri seçildi.

 

Onun barəsində təqsirləndirilən şəxs qalır, ittihamlar dəyişməyib. Biz hüquqi müstəvidəonun təqsirsiz olmasını sübut etmək üçün fəaliyyətimizi davam etdirəcəyik”.

 

N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılaraq barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

 

Gülşən RAUFQIZI

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü