Modern.az

"Neftçi"dən sərt qərarlar -  0:8 biabırçılığına görə mükafatlar kəsildi

"Neftçi"dən sərt qərarlar -  0:8 biabırçılığına görə mükafatlar kəsildi

Aktual

11 Sentyabr 2016, 13:30

Topaz Premyer Liqanın 4-cü turunda "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətdən sonra "Neftçi”nin  Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
 
Modern.az klubun saytına istinadən yaydığı xəbərə görə, iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub:


1. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməyib.

2. "Neftçi” PFK-nın yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq.

3. "Neftçi” PFK-nın hazırki əsas heyətində ciddi islahatlar aparılacaq.

4. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək.

5. Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü