Modern.az

Azərbaycanlı milyarderdən boşanan müğənninin tək istəyi var

Azərbaycanlı milyarderdən boşanan müğənninin tək istəyi var

26 Sentyabr 2016, 11:25

Altı il evli qaldığı azərbaycanlı iş adamı Rza Zərrabla boşanmaya qərar verən ünlü sənətçi Ebru Gündeşin heç bir tələb irəli sürmədiyi bəlli olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni altı aydır ABŞ-da dələduzlıuq, bank saxtakarlığı və çirkli pulların yuyulması ittihamları ilə  həbsdə olan ərindən yalnız qızları Alaranı istəyir.
Ebru Gündüşin vəkili deyib ki, tərəflər evlənmədən əvvəl evlilik müqaviləsi imzalamışdılar.

“O üzdən boşanma mərhələsində iki tərəf də mal tələb etməyəcək. Bundan başqa, Ebru Gündeş özü və qızı üçün aliment də tələb etməyib”.

Boşanmaqla bağlı qərarından sonra danışmayan müğənni səhnə fəaliyyətinə davam edəcək.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var