Modern.az

Deputat Nuru paşaya heykəl qoyulmasını istəyir

Deputat Nuru paşaya heykəl qoyulmasını istəyir

Parlament

22 Fevral 2011, 16:40

Milli Məclisin bu günkü iclasında çıxış edən Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu Azərbaycan Türkiyə münasibətlərindən danışıb. Azərbaycanın viza rejimini ləğv etməli olduğunu deyib: “Artıq Gürcüstan da Türkiyə ilə viza rejimini qaldırıb”.
F.Mustafa bildirib ki, Azərbaycan telekanallarında türk filmlərinin tərcüməsiz nümayişinə qoyulan qadağa da aradan qaldırılmalıdır.
Deputat sual edib ki, nə üçün Azərbaycan paytaxtında Bakının erməni daşnaklarından azad olunmasında qəhrəmanlıq göstərən Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya hələ də heykəl qoyulmayıb, amma Misirin sabiq diktatoru Hüsnü Mübarəkə abidə ucaldılıb.
F.Mustafanın sözlərinə görə, Bakıda Nuru paşaya abidə qoyulmalıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü