Modern.az

Naxçıvanlı deputatlar AZAL-dan Milli Məclis rəhbərliyinə şikayət etdilər

Naxçıvanlı deputatlar AZAL-dan Milli Məclis rəhbərliyinə şikayət etdilər

Parlament

22 Fevral 2011, 19:47


Bu gün Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyikliklər məsələsi müzakirə olunub.
Modern.az xəbər verir ki, burada əsas dəýişiklik sərnişin və yük daşıyan avtonəqliyyat vasitələrində cərimələrin artırılması ilə bağlı idi. Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynli məlumat verib. Ə.Hüseynli bildirib ki, məsələnin gündəliyə gəlməsində əsas səbəb bu sahə ilə bağlı  qaydalara əməl olunmasını təmin etməkdir. Deputat qeyd edib ki, bundan sonra cərimələr belə olacaq:
qaydaları pozan fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-250 manat, hüquqi şəxslər isə 1500-200 cərimələnəcəklər.

Muzakirələr zamanı bir çox millət vəkilləri maraqlı fikirlər səsləndiriblər.

Ən maraqlı çıxışı isə deputat Siyavuş Novruzov edib. 

O, “Aviasiya haqqında” qanuna əlavələr edilməsi barədə məsələnin müzakirəsi zamanı bildirib ki, nəqliyatla bağlı müzakirələr aparılsa da, nəqliyyat sahəsinə aid bir nəfər iclasda iştrak etmir:
“Bizim elə suallarımız olur ki, komitə sədri Əli Hüseynli onu cavablandıra bilmir. Çünki bu, spesifik bir sahədir. Buradakı məsələləri az-çox deputat Elton Məmmədov cavablandırıb, amma bu kifayət eləmədi”.

Deputat S.Novruzov onu da bildirib ki, Naxçıvandan olan deputatlar seçicilərlə görüşə getmək üçün təyyarədən istifadə edirlər:
“Ona görə də öz fikirlərimi səsləndirmək istəyirəm. Azərbaycan yeganə ölkədir ki, hava limanından şəhərə avtobus işləmir. Bilmirəm, bu qanun kimlər tərəfindən hazırlanıb, necə hazırlanıb. Hava limanında təyarədən düşəndən sonra şəhərə  mütləq taksiylə gəlməlisən. Bu niyə belə olmalıdır? Halbuki, bir çox ölkələrdə avtobuslar, taramvaylar, metrolar, hava limanından insanları şəhərə pulsuz daşıyırlar. Bizdə niyə belədir, kimə sərf edir, mən bunu bilmirəm. Mən Milli Məclis rəhbərindən xahiş edirəm ki, bu məsələni diqqətə alsın, məsələ həllini tapsın. Əvvələr hava limanından şəhərə pulsuz avtobuslar işləyirdilər, indi onlar haradadır?
Axşam saatlarında taksi sürücüləri qiymətləri qaldırırlar, mən başa düşmürəm, gecə vaxtı yollar uzanır, yoxsa...? Nə üçün taksi sürücüləri qiymətləri qaldırırlar? Elə bir hal yaranıb ki, Naxçıvandan Bakıya təyyarəyə verdiyin pul qədər Bakı aeroportundan şəhərə gəlmək üçün ödəməli olursan. Hələ araşdırma aparmaq lazımdır, buradakı taksilər kimindir?”

Deputat S.Novruzov deyib ki, aeroport şəhərin güzgüsüdür. Azərbaycana gələn xarici vətəndaş ölkəyə birinci aereportdan daxil olur:
“Azərbaycan barədə ilk təəssürat da burdan yaranır. Çox təəssüf ki, burada Ərəbzəngi kimi bir şey yaradıblar, axı AZAL yol çəkməyib. Nə üçün aeroporta daxil olanda adamın qabağını kəsirlər ki, pul verməlisən? Mən bunu araşdırmışam. Özləri üçün avtodayanacaqlar yaradıblar. Burada yığılan pullar büdcəyə daxil olmur, hansısa özəl ciblərə gedir. Burada yığılan pulların hara getdiyini dəqiqləşdirmək lazımdı. Belə şey olmaz, axı insanlara kömək göstərmək lazımdır”.

Deputat Qüdrət Həsənquliyev S.Novruzovu tam dəstəklədiyini bəyan edib: “Milli Məclis rəhbərliyindən xahiş edirəm ki, məsələni  nəzarətinə götürsün və məsələnin həllinə nail olsun. Dünyanın heç bir yerində aereportda pul yığılmır. Əvvəllər bizdə dilənçilər var idi, bunun qarşısını aldılar. İndi aeroportda dilənçilik edirlər, bu, yolverilməzdir. Mən hesab edirəm ki, bu məsələnin qarşısı alınmalıdır, aeroportda pul yığmaq olmaz. Milli Məclis ölkənin nizam-intizama salınmasında yaxından iştrak etməlidir, odur ki, bu məsələni diqqətə götürmək lazımdır”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı