Modern.az

Xudatda partlayış olub

Xudatda partlayış olub

22 Oktyabr 2016, 22:13

Xaçmaz rayonunun Xudat şəhərindəki “Azərşərab-İ” MMC-nin qazanxanasında partlayış baş verib. Daxili İşlər Nazirliyindən Modern.az saytına verilən məlumata görə, oktyabrın 21-də saat 06 radələrində Xaçmaz rayonunun Xudat şəhərindəki “Azərşərab-İ” MMC-nin qazanxanasında (ilkin məlumata əsasən təzyiqin yüksək olmasından) partlayış baş verib.

 

Nəticədə qazanın buxar çıxan hissəsi qoparaq təxminən 50 metr kənarda yerləşən şəhər sakini Adil Cəbrayılova məxsus fındıq emalı sexinin damına düşərək onu yarasız hala salıb. Xəsarət alan olmayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü