Modern.az

Məlahət İbrahimqızı Şəhidlər xiyabanında Soyqırımı muzeyinin yaradılmasını təklif edir

Məlahət İbrahimqızı Şəhidlər xiyabanında Soyqırımı muzeyinin yaradılmasını təklif edir

Parlament

25 Fevral 2011, 10:24

Nədənsə bizdə rayonlarımızın işğal tarixləri, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları daha çox yas mərasimini xatırladır. Heç ürəyinizdən keçibmi ki, Xocalı soyqırımı günü  erməni əsirliyində çürüyən qız-gəlinlərin qisasını alasınız?

Saytımıza açıqlamasında bir neçə Milli Qəhrəman da anım günlərinin formasının dəyişməsini təklif ediblər.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə hesab edir ki, ürək yanmasa, gözdən yaş çıxmaz.

Onun sözlərinə görə, biz dünyanın ən ləyaqətli, ən şərəfli xalqlarındanıq: “Amma unutqanlıq zəif yerimizdir. Ermənilər hər zaman yalan danışırlar, öz yalanlarını dünya ictimaiyyətinə sırımağa çalışırlar. Onlar bundan utanmırlar. Dünyanın gözü önündə baş verən hadisələri ermənilər tam başqa şəkildə dünya ölkələrinə çatdırır. Söhbət Xocalı soyqırımından gedir.

Bəşəriyyət üçün, beynəlxalq təşkilatlar üçün utancdır ki, bu soyqırımına qiymət vermirlər, amma ermənilərin qondarma soyqırımı iddialarına dəstək olurlar. 1948-ci ildə BMT-nin soyqırımıları ilə bağlı qəbul etdiyi qətnamənin bütün maddələri Xocalı soyqırımı ilə tam üst-üstə düşür. Bu soyqırımının dünya çapında tanınması təkcə dövlətin gücü daxilində deyil. Bu gün ictimai təşkilatlat, vətəndaş cəmiyyətləri, QHT-lər, ayrı-ayrı politoloqlar, elm adamları, hamı yığışıb gücü bir yerə qoyaraq beynəlxalq aləmdə Xocalı soyqırımını ictimailəşdirilməlidir. Bundan sonra bu məsələ öz hüquqi qiymətini alacaq. Etiraf etməliyik ki, dünyanın çox az hissəsində Xocalı soyqırımı haqda insanlar məlumatlıdırlar. Bu problem beynəlxalq səviyyədə ictimailəşməsə, inanmıram ki, məsələ tez vaxtda həll olunsun”.

Deputat deyir ki, bu yaxınlarada Qırğızstanda Balayan fondu fəaliyyətə başlayıb: “Təsəvvür edin ki, müsəlman və türk ölkəsində onlar buna nail ola biliblər. Bizdə isə iki ildir güclü aksiya başlayıb. İslam Konfransı Təşkilatı qətnamə qəbul edib. Demək istəyirəm ki, BMT-də qəbul olunan qətnamə bizim üçün bir irəliləyiş oldu. Biz artıq bu baryeri aşmışıq. Öz mədəniyyətimizin, tariximizi savadlı gənclərimizin dünyanın başa düşəcəyi dildə təbliği ilə buna nail ola bilərik”.

Millət vəkli hesab edir ki, Azərbaycanda Soyqırımı muzeyi yaradılmalıdır: “Biz bütün bunları kompleks şəkildə etməliyik. Ermənilərə və eləcə də onlara dəstək verənlərə, beynəlxalq ictimaiyyətə bu həqiqətləri çatdırmalıyıq. Soyqırımı davamlı olaraq bir etnosa, millətə, dini qrupa qarşı cinayət törətməkdir. Qərbi Azərbaycandan dəfələlərlə azərbaycanlı deportasiyası olub, bu soyqırımı deyilmi? Göyçə ilə Kəlbəcər arasında Sümüklü dərə deyilən bir əraqi var idi, ora ancaq insan sümükləri idi. Yaşlı nəsl danışırdı ki, qış vaxtı erməni vandalları azərbaycanlıları gülləborana tutudu, çılpaq şəklidə hərə bir yana qaçdı.

Bilirsiniz, müharibədə uşaqları, həkimləri, jurnalistləri öldürmürlər. Ermənilər isə əksinə, uşaqları, həkimləri, jurnalistləri, qocaları qətlə yetirirlər. Hesab edirəm ki, Azərbaycanda mütləq Soyqırımı muzeyi olmalıdır. Hətta fikirləşirəm ki, bu muzey Şəhidlər xiyabanında yaradılmalıdır. Şəhidlər xiyabanının yanında olması ona görə əhəmiyyətli olardı ki, Azərbaycana gələn xarici qonaqlar buranı ziyarət edərkən mütləq bu muzeyə də baxacaqlar. Düşünürəm ki, biz bu yolla erməniliyin iç üzünü aça bilərik”.

Hökumətin hesabatında da bununla bağlı təklif irəli sürəcəyini deyən deputat qeyd edir ki, hazırda Milli Elmlər Akademiyasında Qarabağ Araşdırmalar İnstitutu yaradılmalıdır: “Təbliğat özfəaliyyət şəklində qurulmamalıdır. Bu, sistemli olmalıdır”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü