Modern.az

Abdulla Gül Misirə gedir

Abdulla Gül Misirə gedir

Dünya

2 Mart 2011, 11:51

Türkiyə prezidenti Abdulla Gül  martın 3-də bir günlük səfərlə Misirə gedəcək. O, Qahirədə ölkənin ali hərbi rəhbərliyi ilə danışıqlar aparacaq. Bu barədə "RİA-Novosti”yə Ankaradakı mənbələrdən bəlli olub.
“Misirə səfəri ilə Abdulla Gül Misir xalqı ilə həmrəylik nümayiş etdirmək niyyəti güdür”-deyə mənbə qeyd edib. 
Gül Mübarəkdən sonra hakimiyyəti ələ almış Ali Hərbi Şura ilə danışıqlarında ölkənin keçid dövrü üçün mühüm olan fikirlərini bildirəcək.  Müşahidəçilərin fikrincə, Türkiyə pezidentinin Misirə səfəri Ankaranın xalq həyəcanlarının tüğyan elədiyi bölgədə artan nüfuzu çərçivəsində baş tutur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü