Modern.az

Modern.az birinci oldu

Modern.az birinci oldu

7 Dekabr 2016, 15:19

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində jurnalistlər arasında keçirdiyi  növbəti müsabiqəni yekunlaşdırıb.


Modern.az
saytı xəbər verir ki, dünən bununla bağlı keçirilən tədbirdə çıxış edən Proqram rəhbəri Filip Jahn bildirdi ki, “Gender hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda keçirilən müsabiqə 19 sentyabrdan 6 noyabradək davam edib.


Müsabiqəyə Azərbaycanın çap və onlayn mediasında çalışan jurnalistlər tərəfindən 21 yazı təqdim edilib. Daha sonra yazılar üç ekspert tərəfindən qiymətləndirilib.

Müsabiqənin nəticəsinə görə, Vəfa Fərəcovanın "Азербайджанским женшинам приходится убивать мужей, чтобы они оcтавили их в покое"  yazısı  III (88 bal) yerə,  Nəzakət Zeynallının  “Azərbaycanda əri iki uşağını oğurlayan qadın: "Gəlib səsimi birdəfəlik kəsər...”  yazısı II (93 bal) yerə  və Xalid Vahidoğlunun Modern.az saytında dərc olunan “Mühafizə orderi Azərbaycan ailəsinin qoruya bilmir” yazısı isə I  (106 bal) yerə layiq görülüb.  Daha sonra qaliblərə diplom və pul mükafatı verilib.


Tədbirdə çıxış edən jurnalistlər GİZ tərəfindən keçirilən seminarların onların hüqiqi biliklərinin artırılmasında əhəmiyyətli olduğunu bildiriblər.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü