Modern.az

Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarılıb - VİDEO

Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarılıb - VİDEO

Aktual

18 Yanvar 2017, 23:26

Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarıldı. Modern.az saytı xəbər verir ki, bu barədə filmdə baş rolun ifaçısı Şahan Gökbakar "İnstaqram" səhifəsində bildirib.

Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar narazılığa səbəb olmuşdu.

 

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar da həmin dialoq və epizodlardan narahat olduğunu, filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub ünvanlayacağını bildirmişdi.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü