Modern.az

Azərbaycanda 2 milyon 600 minə yaxın uşaq var

Azərbaycanda 2 milyon 600 minə yaxın uşaq var

Aktual

30 Yanvar 2017, 13:34

Hazırda ölkədə 2 milyon 600 minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir.

Modern.az xəbər verir ki. bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova UNICEF-lə əməkdaşlıq proqramının 2016-cı il üzrə icmal görüşündə deyib.

Bildirib ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və bu sahə prioritet istiqamətlərdən sayılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü