Modern.az

İslam Həmrəylik Oyununun açılışında ulduzlar olmayacaq - AÇIQLAMA

İslam Həmrəylik Oyununun açılışında ulduzlar olmayacaq - AÇIQLAMA

Aktual

6 Fevral 2017, 12:04

İslam Həmrəylik Oyununun açılışında dünya və ya yerli ulduzların iştirak etməsi nəzərdə tutulmur.

Bunu Azərbaycan gənclər və idman naziri, İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, açılış proqramı möhtəşəm bir şou olacaq:

“Lakin açılışın proqramı elədir ki, orada mahnı oxumaq nəzərdə tutulmayıb. Ancaq bağlanış mərasimində yerli ulduzlar bizə dəstək verə bilərlər. İnanıram ki, açılış mərasimi hər kəsin çox xoşuna gələcək”.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı