Modern.az

Milli Məclisdə indoneziyalı deputatlarla görüş keçirilib

Milli Məclisdə indoneziyalı deputatlarla görüş keçirilib

Aktual

22 Fevral 2017, 21:29

Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin ölkədə səfərdə olan İndoneziya parlamentinin deputatları ilə görüşü keçirilib. Modern.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, Milli Məclisin deputatı, işi qrupunun rəhbəri Bəxtiyar Əliyev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasını nəzərə çatdırıb.  Bəxtiyar Əliyev Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqdan söz açıb. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb.

 

İndoneziya parlamentinin nümayəndə heyətinin rəhbəri Meutya Viada Hafid xalqlar arasındakı münasibətləri yüksək qiymətləndirib, IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün İndoneziyadan 200 atletin Azərbaycana gələcəyini bildirib. Parlamentarlar arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruri sayan M. V. Hafid Xocalı faciəsinin bütün dünyanı sarsıdan bir soyqırım olduğunu, Azərbaycan torpaqlarına təcavüzü pislədiklərini, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini söyləyib. Nümayəndə heyətinin rəhbəri Dağlıq Qarabağ probleminin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllini tapacağına ümidvar olduğunu söyləyib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü