Modern.az

Ramin Hacılının evi yandırıldı - FOTOLAR

Ramin Hacılının evi yandırıldı - FOTOLAR

Aktual

29 Mart 2017, 11:49

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının Baki şəhəri, Nizami rayonu, Elşən Suleymanov 137 ünvanında yerləşən evi yandırılıb.

Modern.az xəbər verir ki, bu haqda Ramin Hacılı özü məlumat verib. 

R.Hacılının bildirdiyinə görə, Füzuli rayonundan qaçqın düşdüyü zamandan bəri ailəsi ilə birlikdə yaşamağa məcbur qaldığı gecəqondu ötən gecə naməlum şəxslər tərəfindən yandırılıb.

Qeyd edək ki, hələ fevral ayının 27-də mətbuat vasitəsi ilə video müraciət yayan R.Hacılı onun evinin buna qədər də bir neçə dəfə yandırılmasına cəhd edildiyini bildirmişdi.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü