Modern.az

Neftçilər dənizdə qalıb? SOCAR-dan rəsmi CAVAB

Neftçilər dənizdə qalıb? SOCAR-dan rəsmi CAVAB

31 Mart 2017, 12:24

SOCAR küləkli hava şəraiti ilə əlaqədar neftçilərin dənizdən təxliyə edilməməsi və növbəyə gedəcək işçilərin dəniz limanına çağırılması ilə bağlı iddiaları cavablandırıb.

 

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin İcitmaiyyətlə əlaqələr üzrə təmsilçisi Vurğun Həsənli Modern.az-a deyib ki, iddia olunduğu kimi, işçilər Zabrat hava limanına və Dəniz vağzalına çağrılmayıb:

 

“Hazırda dənizdə dalğalı hava şəraiti ilə əlaqədar olaraq, heç bir gəmi hərəkət etmir. Buna görə də, dəniz limanlarında neftçilərin gözləməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hava sərnişin daşıması helikopter vasitəsilə həyata keçirilir. Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan güclü külək hava sərnişin daşıma işinə maneə törətməyib. Bu gün üçün günortaya kimi 2, günortadan sonra isə hava şəraitinə uyğun olaraq 1 helikopter reysi ilə “28 May” NQÇİ-nin dəniz obyektlərinə işçilərin növbə dəyişməsi planlaşdırılır”.

 

V.Həsənli bildirib ki, küləkli havada helikopterlərin hərəkəti ilə bağlı narahatlığa əsas yoxdur:

 

“Çünki helikopter xidməti göstərən müvafiq təşkilat, helikopter hərətəkinin hava şəraitinə uyğun olub-olmadığını araşdırır və müvafiq qərar verir. Yəni, hazırda helikopterlərin hərəkəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bu gün işçilərin təhlükəsizliyi təmin olunması şərti ilə məhdud sayda növbə dəyişməsi həyata keçiriləcək. Digər məsələ, hava limanındakı xidmətlər ilə bağlı isə bildirmək istərdik ki, SOCAR-da insanların milli mənsubiyyətinə görə fərq qoyulmur. Eləcə də oradakı xidmət “Helikopter servisi” şirkətinə aiddir və məvacib hər kəsə ödənilir”.


Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü