Modern.az

Aprel döyüşlərinin ildönümündə ermənilər təxribata hazırlaşır

Aprel döyüşlərinin ildönümündə ermənilər təxribata hazırlaşır

31 Mart 2017, 14:13

Ermənistanda aprel döyüşlərinin ildönümü və parlament seçkiləri eyni günə təsadüf edir. Aprel döyüşlərində çoxsaylı itkilər verən düşmən ölkədə bu fakt ciddi narazılıq və müzakirələrə yol açıb. Ermənistan Milli Konqresi martın 6-da ölkədəki bütün siyasi qüvvələrə müraciətində seçkilərin tarixinin dəyişdirilməsini təklif etmişdi.

 

“Bildiyimiz kimi aprelin 2-si aprel döyüşlərinin ildönümüdür. Bu gün həmin hadisələrdə həyatını itirən 100-dən artıq ailə yaxınlarını anmaq üçün qəbirstanlıqlara üz tutacaq, matəm içində olacaqlar. Bu şəraitdə bütün siyasi qüvvələrdən konsolidasiya olaraq seçki gününün daha münasib vaxta keçirilməsini təklif edirik”.  Hakim Respublika partiyası da bu təklifə qarşı olmasa da, sonradan məsələdə heç bir irəliləyiş olmadı.

 

Aprel döyüşlərinin ildönümü Ermənistanda Sarkisyan hakimiyyətinə qarşı etirazların yüksələcəyi gözlənilir. Cəbhədə çoxsaylı itkilərin verilməsi, ordu təchizatın özbaşınalıq və yeyinti faktlarının üzə çıxdığı 5 günlük döyüşlər rəsmi Yerevanda parlament seçkiləri öncəsi revanş hissinin də yaranmasına səbəb olub.  Aprel günlərində düşmənin cəbhənin müxtəlif istiqamətlərində təxribat-diversiya aktlarını artıraraq gərginlik yaratmaq və sarılmış hərbi reputasiyasını bərpa etməyə cəhd göstərəcəyini demək olar.

Təsadüfi deyil ki, düşmən döyüş hazırlığı planına əsasən martın 22-dən 25-ə kimi qoşun növləri və qisimlərinin iştirakı ilə Qarabağda taktiki alay təlimləri keçirib.  Ermənistan prezidenti Serj Sarkisyan təlimin əsas mərhələsini izləyib.

Təlim ssenarisinə əsasən alay gücləndirilmiş döyüş hazırlıq səviyyəsinə gətirilib, hücum hərəkatı ilə əlverişli mövqeləri ələ keçirib müdafiəyə keçib.

 

Tank və zirehli döyüş maşınları, artilleriya bölmələri də cəlb olunduğu məşqlər düz ərazilərdə keçirilib.

Təlimdə 152 millimetrlik 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 122 mm-lik D-30 haubitsa, 82 və 122 mm-lik minaatanlardan, habelə “Metis” tank əleyhinə raketlərindən və zirehli texnikalardan istifadə olunub.

 

Göründüyü kimi, düşmənin aprel öncəsi hücum əməliyyatları nəzərdə tutan təlimləri işğalçı ordunun yeni hücum planlarından xəbər verir. Lakin Azərbaycan ordusunun yüksək döyüş hazırlığını nəzərə alaraq təmas xəttindəki təxribatlara sərt cavab zərbələrinin endiriləcəyini gözləmək olar.

 

 

Vüqar İSMAYILOV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü