Modern.az

Böyük Britaniya səfirliyinin nümayəndəsi AzTU-da

Böyük Britaniya səfirliyinin nümayəndəsi AzTU-da

11 Aprel 2017, 13:40

Böyük Birtaniya Krallığının Bakıdakı səfirliyinin Enerji və təhlükəsizlik şöbəsinin rəhbəri Steven Smiite və “ATKINS” şirkətinin Bakı ofisinin direktoru James Todd Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

AzTU-nun rektor əvəzi Xakıq Yahudov qonaqlara universitet haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycanda texniki təhsilin inkişafı prioritet sahələrdəndi. Qeyd olunub ki, prezident İlham Əliyevin imzaladığı “Strateji yol xəritələri”ndə bu sahənin tərəqqisi üçün kankret istiqamətlər və hədəflər göstərilib. Rektor əvəzi universitetdə təhsilıin kefiyyətinin daha da yüksəldilməsi və qabaqcıl texnologiyalardan yararlanmaq üçün AzTU-nun Birtaniya ali məktəbləri ilə əlaqələr qurmaq niyyətində olduğunu deyib.

Öz nöbəsində, qonaqlar da AzTU ilə müxtəlif formatda əməkdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər. Bildirib ki, AzTU-da mövcud olan ixtisaslar sənaye üçün son dərəcə vacib sahələrdi və krallığın ölkəmizdəki şirkətləri bu sahələrin inkişafında maraqlıdı.

Görüş zamanı Böyük Birtaniyanınölkəmizdəki səfirliyinin əməkdaşı Steven Smiite bu ilin iyun ayında Bakıda keçiriləcək Böyük Birtaniya-Azərbaycan əməkdaşlıq formu haqqında da məlumat verib. Steven Smiite bildirib ki, forumda Birtaniuya universitetlərinin nümayəndələri də iştiark edəcək. Səfirlik əməkdaşı yeni əlaqələrin qurulması üçün AzTU-nun nümayəndələrinin həmin foruma dəvət edib.   

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü