Modern.az

Qazın sızmasından partlayış oldu – bir aildə 3 nəfər xəsarət aldı

Qazın sızmasından partlayış oldu – bir aildə 3 nəfər xəsarət aldı

Aktual

5 May 2017, 12:11

Mayın 4-də saat 19 radələrində Oğuz rayonunun Calud kəndində yaşayan Mərdan Həsənovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində evin pəncərə şüşələri sınıb, 12 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Hadisə zamanı yanıq xəsarəti alan ev sahibi, arvadı Leyla və oğlu Elnur xəstəxanaya yerləşdiriliblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı