Modern.az

Qadın həndbolçularımız çempion oldu

Qadın həndbolçularımız çempion oldu

Aktual

14 May 2017, 20:01

Qadın həndbolçuların yarışının finalında qalib gələn Azərbaycan yığması “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Modern.az xəbər verir ki, həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər - 28:26.

 

Sürətli və qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində həndbolçularımız əldə etdikləri üstünlüyü qoruyub saxlaya biliblər – 14:11. Həndbolçularımız matçın ikinci hissəsində fəallaşaraq oyunda dönüş yaratmağa çalışan Türkiyə millisinin müqavimətini son dəqiqələrdə qırmağı bacararaq 28:26 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü