Modern.az

Ramil Usubov veteranların fədakarlığından və qəhrəmanlığından danışıb

Ramil Usubov veteranların fədakarlığından və qəhrəmanlığından danışıb

Təhsil

9 May 2011, 17:56

Modern.az-ın məlumatına görə, mayın 9-da Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin 66-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının daxili işlər naziri,   general-polkovnik Ramil Usubov çıxış edərək bütün tərəqqipərvər bəşəriyyətin faşizm üzərində qələbənin növbəti ildönümünü böyük təntənə ilə qeyd etdiyini bildirib, tarixi qələbənin qazanılmasında həmvətənlərimizin böyük fədakarlığından və qəhrəmanlığından danışıb.

Prezident İlham Əliyevin Böyük Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqət və qayğını nəzərə çatdıran Ramil Usubov DİN rəhbərliyinin bu kateqoriyadan olanların ehtiyacları ilə hər zaman maraqlandığını, problemlərinin həllinə yardımçı olmağa çalışdığını bildirib.

Daxili işlər naziri əlamətdar bayram münasibətilə müharibə veteranlarını və onların ailə üzvlərini bir daha ürəkdən təbrik edib, onlara cansağlığı arzulayıb, ən xoş arzularını çatdırıb. O, müharibə veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına hər zaman örnək olacağını, onların vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlığının, əzmkarlığının heç zaman unudulmayacağını bildirib.
 
Son illər Prezidentin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu, DİO-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, əməkdaşlar və hərbi qulluqçular üçün normal iş şəraitinin yaradılması, xidməti fəaliyyətin ən müasir tələblər səviyyəsində qurulması istiqamətində böyük işlərin görüldüyünü,  hüquqi-demokratik islahatların həyata keçirildiyini, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğunu və bölgədə lider dövlətə çevrildiyini mənunluqla xatırladan  nazir  Ramil Usubov Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunmuş daxili işlər orqanlarının qarşıya qoyulmuş bütün məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə, dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə əminliyini vurğulayıb.

İstefada olan milis polkovnikləri Müseyib İlyasov və İsmayıl Qasımov Böyük Vətən müharibəsinin iştirakçıları olan daxili işlər orqanlarının veteranları  adından çıxış edərək bu görüşə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildiriblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü