Modern.az

G20 sammiti işinə başladı – 111 polis yaralandı

G20 sammiti işinə başladı – 111 polis yaralandı

Aktual

7 İyul 2017, 13:35

Almaniyanın Hamburq şəhərində G20 sammiti işə başlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sammit antiqlobalçılarla polis arasında toqquşmalarla yadda qalıb. Toqquşmalarda 111 polis əməkdaşının yaralandığı bildirilir.

 

Ev sahibi Angela Merkel ilk olaraq Avropa İttifaqının rəhbərləri Jan Klod Yunker və Donald Tusku qəbul edib. Bundan sonra Türkiyə prezidenti Ərdoğan və Rusiya rəhbəri Putin zala daxil olub.

 

Yerli mətbuat Putinin sammit dövründə Park Hyatt mehmanxanasında qalacağını bildirib. Onunla yanaşı, həmin mehmanxanada Kanada baş naziri Castin Trüdo, Avstraliya baş naziri Malkolm Ternbul da qalacaq.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü